Əsas Səhifə > Milli komandalar > Türkiyə basketbol millisi Avropa çempionatının finalında bu gün Almaniya ilə qarşılaşacaq

Türkiyə basketbol millisi Avropa çempionatının finalında bu gün Almaniya ilə qarşılaşacaq


Bu gün, 10:00


Bu gün kişi basketbolçular arasında Avropa çempionatının mükafatçıları bəlli olacaq.

BrendSport.az
xəbər verir ki, finalda Türkiyə və Almaniya yığmaları qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bu matçdan əvvəl isə üçüncü yer uğrunda görüş keçiriləcək. Həmin oyunda Yunanıstan millisi Finlandiya seçməsini sınağa çəkəcək. Qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, hər iki oyun turnirə evsahibliyi edən Litvanın paytaxtı Riqa şəhərindəki “Ksiomi Arena"da keçiriləcək.
Geri qayıt