Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin məşqçisi: Gimnastlarımız MDB Oyunlarına yüksək motivasiya ilə hazırlaşırlar
Azərbaycan millisinin məşqçisi: Gimnastlarımız MDB Oyunlarına yüksək motivasiya ilə hazırlaşırlarDünən, 18:29 |
![]() Gimnastlarımız MDB Oyunlarına yüksək motivasiya ilə hazırlaşırlar. Ümid edirik ki, bu yarışlarda ölkəmizi layiqincə təmsil edəcəyik. BrendSport.az xəbər verir ki, bu sözləri bədii gimnastika üzrə Azərbaycan milli komandasının məşqçisi Nəzrin Cəfərzadə ölkəmizdə keçiriləcək III MDB Oyunlarına hazırlıqlarla bağlı danışarkən deyib. Onun sözlərinə görə, hazırlıq prosesi planlı şəkildə davam edir və artıq yekun mərhələyə yaxınlaşıb: “Qızlarımız hər gün intensiv məşqlər edirlər. Hazırda komanda həm fiziki, həm də psixoloji baxımdan yaxşı formadadır. Heyət ilin əvvəlindən bu günə qədər həm ölkədaxili, həm də beynəlxalq turnirlərdə idmançıların göstərdiyi nəticələr əsasında formalaşdırılıb”. Məşqçi bildirib ki, komandanın əsas hədəfi xalçada gözəl çıxışlar nümayiş etdirməkdir: “Bizim üçün ən vacib məsələ qızlarımızın məşqlərdə qazandıqları bacarıqları yarışda da uğurla göstərmələridir. Təbii ki, hər bir idmançı nəticə üçün mübarizə aparır və biz də medal qazanmaq istəyirik. Amma əsas məqsəd gözəl çıxışlardır, nəticələr isə bunun ardınca gələcək”. N.Cəfərzadə həmçinin III MDB Oyunlarında rəqabətin kifayət qədər yüksək olacağını vurğulayıb: “Komandalar ciddi hazırlıqla gəlirlər və hər biri medal uğrunda mübarizə aparacaq. Bu, həm bizim üçün çətinlik, həm də böyük stimuldur”. Qeyd edək ki, 28 sentyabr – 8 oktyabr tarixlərində keçiriləcək III MDB Oyunlarında gimnastika yarışları Şəkidə təşkil olunacaq. ![]() ![]() ![]() ![]() Geri qayıt |