Əsas Səhifə > Milli komandalar > DÇ-2026: Azərbaycan millisi doğma meydanında Ukrayna ilə qollu heç-heçə edib
DÇ-2026: Azərbaycan millisi doğma meydanında Ukrayna ilə qollu heç-heçə edibDünən, 22:00 |
![]() DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyunu başa çatıb. BrendSport.az xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşdırıblar. Rəqibin heyətində 51-ci dəqiqədə Georgi Sudakov fərqlənib. Azərbaycan yığmasının qoluna isə 72-ci dəqiqədə kapitan Emin Mahmudov penaltidən imza atıb. Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edib. Geri qayıt |