Əsas Səhifə > Milli komandalar > DÇ-2026: Azərbaycan millisi seçmə mərhələdə bu gün Ukrayna ilə qarşılaşacaq
DÇ-2026: Azərbaycan millisi seçmə mərhələdə bu gün Ukrayna ilə qarşılaşacaqBu gün, 10:30 |
![]() Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxacaq. BrendSport.az xəbər verir ki, D qrupunda yer alan komanda Bakıda Ukrayna yığmasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzub. Geri qayıt |