Əsas Səhifə > Milli komandalar > Dünya çempionatı: Azərbaycanın daha bir boksçusu 1/4 finala yüksəlib
Dünya çempionatı: Azərbaycanın daha bir boksçusu 1/4 finala yüksəlibBu gün, 10:50 |
![]() Azərbaycan millisinin daha bir boksçusu Liverpulda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb. BrendSport.az xəbər verir ki, yığmanın heyətində Alfonso Dominqesin (90 kiloqram) ardınca Səidcəmşid Cəfərov (75 kiloqram) bu hüquqa yiyələnib. O, 1/8 finalda Dayqo Sunaqa (Yaponiya) ilə üz-üzə gəlib. Boksçumuz hər 3 raundu aktivinə yazıb və döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə xeyrinə bitirib. Cəfərov 1/4 finalda Pavlo İlliuşa (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək. Qeyd edək ki, yığmanın heyətində daha 3 boksçu 1/8 final döyüşünə çıxacaq. Geri qayıt |