Əsas Səhifə > Milli komandalar > Azərbaycan yığması Sloveniyadakı yoldaşlıq turnirində sonuncu oyununa çıxacaq
Azərbaycan yığması Sloveniyadakı yoldaşlıq turnirində sonuncu oyununa çıxacaqBu gün, 10:55 |
![]() Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində üçüncü oyununa çıxacaq. BrendSport.az xəbər verir ki, U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Çatez” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq. Qeyd edək ki, millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb. Geri qayıt |