Əsas Səhifə > Milli komandalar > Azərbaycanın boks üzrə Olimpiya mükafatçısı dünya çempionatına qələbə ilə başlayıb
Azərbaycanın boks üzrə Olimpiya mükafatçısı dünya çempionatına qələbə ilə başlayıbDünən, 19:50 |
![]() Azərbaycan boksçusu Alfonso Dominqes Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb. BrendSport.az xəbər verir ki, 90 kiloqramda döyüşən millinin lideri 1/8 finalda almaniyalı Yasse Kislə üz-üzə gəlib. Yay Olimpiya Oyunlarının bürünc və gümüş mükafatçısı dünya çempionu rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Dominqes yekunda 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, 1/4 final görüşünə sentyabrın 10-da çıxacaq. Qeyd edək ki, Azərbaycan millisinin daha 4 boksçusu 1/8 finala adlayıb. Geri qayıt |