Əsas Səhifə > Milli komandalar > Azərbaycan boksçusu dünya çempionatında ilk görüşündə qələbə qazanıb
Azərbaycan boksçusu dünya çempionatında ilk görüşündə qələbə qazanıbBu gün, 13:32 |
![]() İngiltərənin Liverpul şəhərində kişi və qadın boksçular arasında dünya çempionatı davam edir. BrendSport.az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb. Sübhan Mamedov (50 kiloqram) 1/16 finalda Fredelin De Los Santosla (Dominikan Respublikası) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib. O, 1/8 finalda Samet Gümüşlə (Türkiyə) qarşılaşacaq. Döyüş sentyabrın 9-da olacaq. Qeyd edək ki, daha öncə Zaur Qəhrəmanovla (65 kiloqram) Səidcəmşid Cəfərov (75 kiloqram) da mərhələ adlayıb. Mundialın üçüncü günündə millimizin bir boksçusu rinqə çıxacaq. Geri qayıt |