Əsas Səhifə > Milli komandalar > Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala yüksəlib
Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala yüksəlibDünən, 18:34 |
![]() Azərbaycanın daha bir boksçusu Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb. BrendSport.az xəbər verir ki, Səidcəmşid Cəfərov ilk döyüşündə rəqibi üstələyib. 75 kiloqramda mübarizə aparan təmsilçimiz 1/16 finalda Qavin Raffertini (İrlandiya) məğlub edib. Hər üç raundu aktivinə yazan S.Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşünü ilk mərhələdən azad olan Dayqo Sunaqaya (Yaponiya) qarşı keçirəcək. Qeyd edək ki, döyüş sentyabrın 9-da olacaq. Geri qayıt |