Əsas Səhifə > Milli komandalar > DÇ-2026-nın final mərhələsində çıxış edəcək daha üç yığma müəyyənləşib

DÇ-2026-nın final mərhələsində çıxış edəcək daha üç yığma müəyyənləşib


Dünən, 11:19


2026-cı il dünya çempionatının final mərhələsində çıxış edəcək daha üç yığmanın adına aydınlıq gəlib.

BrendSport.az
xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundialda iştirakçı ölkələrin sayı 16 olub.

Ötən gecə keçirilən oyunların nəticəsinə əsasən, turnirdə Kolumbiya, Paraqvay və Ekvador milliləri də dünya çempionatında çıxış edəcək.

Bundan əvvəl mundialı qəbul edəcək 3 ölkə ilə yanaşı, Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Uruqvay, Yeni Zelandiya seçmələri final mərhələsində iştirak hüququ qazanmışdı.

Qeyd edək ki, dünya çempionatının final mərhələsində 48 yığma mübarizə aparacaq.
Geri qayıt