Əsas Səhifə > Milli komandalar > Avropa çempionatı: Bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulacaq

Avropa çempionatı: Bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulacaq


Dünən, 12:16


Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

BrendSport.az
xəbər verir ki, ikinci yarış günündə Azərbaycan təmsilçilərindən Əbil Yusubov və Süleyman Şükürov mübarizə aparacaq.

Hər iki idmançı yarışa 1/16 finaldan qoşulacaq.

Ötən gün cüdoçularımızdan Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (57 kiloqram) qızıl medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.
Geri qayıt