Əsas Səhifə > Milli komandalar > Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finalda, digəri bürünc medal görüşünə çıxacaq
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finalda, digəri bürünc medal görüşünə çıxacaq4-09-2025, 16:52 |
![]() Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir. BrendSport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan təmsilçisi Fərid Qarayev təsəlliverici görüşdə İsraildən olan İsak Aşpizlə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən F.Qarayev bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Daha əvvəl Məhəmməd Musayev (66 kiloqram) və Nihad Məmişov (60 kiloqram) finala vəsiqə qazanıblar. Geri qayıt |