Əsas Səhifə > Milli komandalar > Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb


4-09-2025, 17:23


Azərbaycan boksçusu Zaur Qəhrəmanov Liverpulda dünya çempionatına qələbə ilə başlayıb.

BrendSport.az
xəbər verir ki, 65 kiloqram çəkidə mübarizə aparan milli üzvü 1/32 finalda Denis Brillə (Almaniya) qarşılaşıb.

Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (27:30, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb.

O, 1/16 finalda ilk mərhələdən azad olan Falkao Dos Reyslə (Braziliya) döyüşəcək.

Qeyd edək ki, görüş sentyabrın 7-də olacaq.
Geri qayıt