Əsas Səhifə > Milli komandalar > Avropa çempionatı: Azərbaycan cüdoçusu Ermənistan təmsilçisinə ipponla qalib gəlib

Avropa çempionatı: Azərbaycan cüdoçusu Ermənistan təmsilçisinə ipponla qalib gəlib


4-09-2025, 15:09


Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatına start verilib.

BrendSport.az
xəbər verir ki, ilk yarış günündə Azərbaycan təmsilçiləri də mübarizəyə qoşulublar.

60 kiloqram çəkidə çıxış edən Nihad Məmişov 1/8 finalda Ermənistandan olan rəqibi Qor Safaryana ipponla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, sentyabrın 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparır.
Geri qayıt