Əsas Səhifə > Milli komandalar > Dünya çempionatında Azərbaycan boksçularının ilk rəqibləri bəlli olub
Dünya çempionatında Azərbaycan boksçularının ilk rəqibləri bəlli olub4-09-2025, 11:00 |
![]() “World Boxing”in təşkilatçılığı ilə qadın və kişi boksçular arasında Liverpulda keçiriləcək ilk dünya çempionatının püşkatma mərasimi baş tutub. BrendSport.az xəbər verir ki, tədbirdə Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub. Bu gün start götürəcək mundialın birinci günündə 2 boksçumuz rinqə çıxacaq. Onların hər ikisi 1/16 finala vəsiqə uğrunda döyüşəcəklər. Dünya çempionatı 4 sentyabr 1/32 final Zaur Qəhrəmanov (65 kiloqram) – Denis Bril (Almaniya) Sərxan Əliyev (70 kiloqram) – Karlos Flouers (ABŞ) 5 sentyabr 1/16 final Səidcəmşid Cəfərov (75 kiloqram) – Qavin Rafferti (İrlandiya) Surət Qarayev (85 kiloqram) – Laçlan Lauson (Avstraliya) Aynur Mikayılova (57 kiloqram) – Qabriella Veerheym (Niderland) Sübhan Mamedov (50 kiloqram) – Fredelin De Los Santos (Dominikan Respublikası) Məhəmməd Abdullayev (+90 kiloqram) – Sezar Peraza La Kruz (Kuba) 6 sentyabr 1/16 final Məhəmmədəli Qasımzadə (60 kiloqram) – Radoslav Rosenov (Bolqarıstan) / Dövlet Muhanov (Türkmənistan) cütünün qalibi 7 sentyabr 1/16 final Nicat Hüseynov (55 kiloqram) – Rolando Martines Peres (Kuba) Murad Allahverdiyev (80 kiloqram) – Amar Koçi (Albaniya) / Meysam Qeşlaqi (İran) cütünün qalibi 8 sentyabr 1/8 final Alfonso Dominqes (90 kiloqram) – Yasse Kiss (Almaniya) / Yonas Yazeviçius (Litva) cütünün qalibi Qeyd edək ki, dünya çempionatında 68 ölkədən 329 kişi, 225 qadın boksçu mübarizə aparacaq. Yarışa sentyabrın 14-də yekun vurulacaq. Geri qayıt |