Əsas Səhifə > Milli komandalar > Cüdo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisi Slovakiyaya yola düşüb

Cüdo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisi Slovakiyaya yola düşüb


Bu gün, 10:10


Cüdo üzrə gənclər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları Slovakiyanın paytaxtı Bratislava şəhərinə yola düşüb.

BrendSport.az
xəbər verir ki, yığmanı səfərə aparan təyyarə saat 06:15-də Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.

Ölkəmiz ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək.

Qeyd edək ki, sentyabrın 4-dən 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.
Geri qayıt