Əsas Səhifə > Milli komandalar > Azərbaycanın idman gimnastları beynəlxalq turnirdə 7 medal qazanıblar

Azərbaycanın idman gimnastları beynəlxalq turnirdə 7 medal qazanıblar


31-08-2025, 17:30


Belarusun Mogilyov şəhərində idman gimnastikası üzrə Açıq kubok təşkil olunub.

BrendSport.az
xəbər verir ki, yarışda ölkəmizi kişilər arasında Rəsul Əhmədzadə, qadın idmançıların mübarizəsində isə Dəniz Əliyeva, Nazənin Teymurova, Aytən Məmmədova, Leyla Məmmədzadə, Albina Əliyeva, Aynaz Məcidzadə və Xədicə Abbaszadə təmsil ediblər.

Gimnastlarımız uğurla çıxış edərək ölkəmizə 7 medalla qayıdıblar. Albina Əliyeva qızıl medal (dayaqlı tullanma), Rəsul Əhmədzadə 1 gümüş (sərbəst hərəkətlər), 2 bürünc (dəstəli at, paralel qollar), Dəniz Əliyeva gümüş (dayaqlı tullanma) və bürünc (sərbəst hərəkətlər), Leyla Məmmədzadə isə bürünc medal (dayaqlı tullanma) qazanıb.
Geri qayıt