Əsas Səhifə > Milli komandalar > Azərbaycan cüdoçularının dünya çempionatındakı rəqibləri müəyyənləşib
Azərbaycan cüdoçularının dünya çempionatındakı rəqibləri müəyyənləşib26-08-2025, 17:30 |
![]() Avqustun 26-də Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. BrendSport.az xəbər verir ki, Azərbaycan cüdoçularının da ilk rəqibləri müəyyənləşib. Azərbaycan mundialda ümumilikdə 10 çəki dərəcəsində 15 idmançı (8 oğlan, 7 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək. Yarışın təsnifat mərhələsinin görüşləri sabah, Bakı vaxtı ilə saat 12:00-da, final bloku isə 17:30-dan etibarən start götürəcək. Qızlar 44 kq, 1/16 final Gülşən Hüseynova – Yana Pritulyak (Rumıniya) Xədicə Abdullayeva – Aynara Seitjanova (Qazaxıstan) 48 kq, 1/32 final Leyla Ələkbərova – Xongorzul Ariunzorig (Monqolustan) 48 kq, 1/16 final Nərmin Ağamirzəzadə –Selin İddir (Fransa) 52 kq, 1/32 final Aysun Məmmədova – Culiya Bonzano (İtaliya) 57 kq, 1/16 final Səmayə Yusifli – Nonoka Yamakava (Yaponiya) 70 kq, 1/16 final Məsumə Məmmədli – Vanessa Karaffova (Çexiya) Oğlanlar 50 kq, 1/16 final Rza Xəlilli – Tsvetelin Martinov (Bolqarıstan) 50 kq, 1/8 final Anar Quliyev – Narek Davtyan (Ermənistan) / Dikqang Kvadibana (Botsvana) cütünün qalibi ilə 55 kq, 1/16 final Rəsul Əlizadə – Badar-Uqan Badamdorj (Monqolustan) Məhəmmədəli Hüsiyev – Viktor Uqo Silva (Braziliya) 60 kq, 1/32 final Röyal Qayıbov – Raffaele Sodano (İtaliya) 60 kq, 1/16 final Zeyd Ələsgərov – Aleksandros Polixronidis (Yunanıstan) / Kristian Butuçi (Xorvatiya) cütünün qalibi ilə 73 kq, 1/16 final Məhəmməd Ağakişiyev – Yeso Samsiani (Gürcüstan) / Atxan Biçoyev (IJF) cütünün qalibi ilə +90 kq, 1/8 final Sübhan Axundov – Kaito Tokita (Yaponiya) / Ahmad Alobaidan (Küveyt) cütünün qalibi ilə Qarışıq komanda yarışı 1/8 final Azərbaycan – Gürcüstan Geri qayıt |