Əsas Səhifə > Milli komandalar > Avropa çempionatı: Çimərlik futbolu üzrə Azərbaycan millisinin final mərhələsi üçün heyəti açıqlanıb
Avropa çempionatı: Çimərlik futbolu üzrə Azərbaycan millisinin final mərhələsi üçün heyəti açıqlanıb25-08-2025, 14:23 |
![]() Çimərlik futbolu üzrə Azərbaycan milli komandası sentyabrın 7-dən 15-dək İtaliyanın Viareccio şəhərində keçiriləcək Avropa çempionatının (EBSL) final mərhələsində iştirak edəcək. BrendSport.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimizin Belçika və Litva ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov Oyunçular: Sahib Məmmədov, Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, Hüseynov Kamil. Millimizin oyunlarının təqvimi 11 sentyabr 16:00. Azərbaycan – Belçika 12 sentyabr 12:15. Litva – Azərbaycan Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib. Qeyd edək ki, final mərhələsində B Liqası hərəsində 3 komanda olmaqla iki qrupdan ibarət təşkil olunacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar sentyabrın 13-də yarımfinalda qarşılaşacaqlar. Sentyabrın 14-də isə final və 3-cü yer uğrunda görüşlər keçiriləcək. Geri qayıt |