Əsas Səhifə > Milli komandalar > Azərbaycan güləşçisi erməni rəqibinə qalib gələrək, dünya çempionu olub
Azərbaycan güləşçisi erməni rəqibinə qalib gələrək, dünya çempionu olub22-08-2025, 21:03 |
![]() Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb. BrendSport.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib. Rəqibini 12:5 hesabı ilə məğlub edən A.Cavadov dünya çempionu olub. Geri qayıt |