Əsas Səhifə > Milli komandalar > Azərbaycanın qadın güləşçisi dünya çempionatında bürünc medal qazanıb
Azərbaycanın qadın güləşçisi dünya çempionatında bürünc medal qazanıb20-08-2025, 20:45 |
![]() Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb. BrendSport.az xəbər verir ki, Günay Qurbanova (59 kq) üçüncü yer uğrunda görüşdə kanadalı Ella Findinqə 4:1 hesabıyla qalib gələrək fəxri kürsüyə yüksəlib. Qeyd edək ki, qadın güləşçilərimizdən Ruzanna Məmmədova (62 kq) mundialın finalına adlayıb. O, sabah həlledici görüşdə çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək. Geri qayıt |