Əsas Səhifə > Milli komandalar > Seçmə mərhələ: Azərbaycan-Ukrayna oyununun biletləri satışa çıxarılıb
Seçmə mərhələ: Azərbaycan-Ukrayna oyununun biletləri satışa çıxarılıb19-08-2025, 12:20 |
![]() Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan-Ukrayna oyununun biletləri satışa çıxarılıb. BrendSport.az xəbər verir ki, biletlərin qiyməti 5, 7 və 10 manat təşkil edir. VİP sektorların qiyməti isə 20, 30, 200 manatdır. Biletləri iTicket.az-ın satış məntəqələrindən əldə etmək olar. Qeyd edək ki, sentyabrın 9-da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Geri qayıt |