Əsas Səhifə > Milli komandalar > Avropa çempionatında son gün
Avropa çempionatında son gün6-05-2018, 15:03 |
Bu gün Rusiyanın Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatına yekun vurulacaq. Yarışın sonuncu - yeddinci günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində mükafatlar uğrunda mübarizəni davam etdirən sərbəst güləşçilər həlledici qarşılaşmalara çıxacaq. Azərbaycan yığmasının 4 güləşçisi xalça üzərində qüvvəsini sınayacaq. Aleksandr Qostiyev və Şərif Şərifov qızıl, Mircəlal Həsənzadə ilə Cəmaləddin Məhəmmədov bürünc medal uğrunda mübarizə aparacaqlar. 61 kq Təmsilçimiz Mircəlal Həsənzadə 3-cü yer uğrunda görüşünü keçirəcək. Pəhləvanımızın rəqibi hələ bəlli deyil. 86 kq Aleksandr Qostiev finalda Artur Nayfonovla (Rusiya) üz-üzə gələcək. 92 kq Dünya və Avropa çempionu Şərif Şərifov finalda Rusiya təmsilçisi Abdulraşid Sadullayevdən güclü olmağa çalışacaq. 125 kq Ən ağır çəkidə mübarizə aparan Cəmaləddin Maqomedov isə bu gün təsəlliverici görüşdə iştirak edəcək. Onun rəqibi İbrahim Saidov (Belarus) olacaq. Qeyd edək ki, geridə qalan 6 gündə Azərbaycan güləşçiləri 15 mükafata sahib çıxıblar. Onlardan Eldəniz Əzizli (55 kq) yunan-Roma, Mariya Stadnik (50 kq) qadın, Giorgi Edişeraşvili (57 kq) və Hacı Əliyev (63 kq) sərbəst güləşdə hamıdan güclü olub. Murad Məmmədov (60 kq), Rəsul Çunayev (72 kq) yunan-Roma və Elis Manolas (65 kq) qadın güləşində yalnız finalda uduzaraq gümüş medal alıbsa, Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq) yunan-Roma, Alena Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Səbirə Əliyeva (76 kq) qadın, Murtazali Müslimov (70 kq), Cəbrayıl Həsənov (79 kq), Nurmaqomed Qadjiyev (97 kq) sərbəst güləşdə “bürünc”ə yiyələnib. Geri qayıt |