Əsas Səhifə > Milli komandalar > İki güləşçimiz Avropa çempionu oldu

İki güləşçimiz Avropa çempionu oldu


5-05-2018, 22:16


Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

BrendSport.az-ın məlumatına görə, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

57 kq-da mübarizə aparan Georgi Edişeraşvili ardıcıl olaraq Bolqarıstan və Ermənistan təmsilçilərini tam üstünlüklə məğlub edib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Belarus idmançısına da qalib gələn idmançımız finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya təmsilçisi olub. Gərgin keçən qarşılaşmanı son saniyədə icra etdiyi fəndlə qələbə ilə tamamlayan təmsilçimiz Avropa çempionatının qızıl medalını qazanıb.

65 kq çəkidə yarışan üç qat dünya və bir dəfə Avropa çempionu olmuş Hacı Əliyev də Avstriya, Türkiyə və Sloveniya təmsilçilərini məğlub edərək finala yüksəlib. O, son görüşündə Rusiya təmsilçisi İlyas Bekbulatovla qarşılaşıb. Gərgin keçən görüş həmyerlimizin qalibiyyəti və qızıl medalı qazanması ilə nəticələnib.
Geri qayıt