Əsas Səhifə > Milli komandalar > İki pəhləvanımızın “qızıl döyüş”ü, 5 güləşçimiz yarışa qoşulur

İki pəhləvanımızın “qızıl döyüş”ü, 5 güləşçimiz yarışa qoşulur


5-05-2018, 11:26
İki pəhləvanımızın “qızıl döyüş”ü, 5 güləşçimiz yarışa qoşulur

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. BrendSport.az saytının məlumatına görə, yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışa qoşulacaqlar.

Həmçinin daha 5 pəhləvanımız həlledici döyüşə çıxacaq.

61 kq
Təmsilçimiz Mircəlal Həsənzadə 1/8 finalda isveçrəli Rendi Voksla üz-üzə gələcək.

74 kq
Bu çəkidə yarışan Coşqun Əzimov da mübarizəyə 1/8 finaldan start verəcək. Onun ilk rəqibi Andrius Majeyka (Litva) olacaq.

86 kq
Aleksandr Qostiev də digər iki komanda yoldaşı kimi yarışa 1/8 finalda başlayacaq. Legioner güləşçimiz ilk cəhdində bolqar Məhmət Qazini sınağa çəkəcək.

92 kq
Dünya və Avropa çempionu Şərif Şərifov ilk olaraq 1/8 finalda moldovalı Nikolay Çebanla qarşı-qarşıya gələcək.

125 kq
Ən ağır çəkidə mübarizə aparacaq Cəmaləddin Maqomedov isə turnirə 1/4 finaldan start verəcək. Onun ilk rəqibi bu gün bəlli olacaq.

***

Bu gün həmçinin 57, 65, 70, 79, 97 kq çəkidə yarışan pəhləvanlarımız titul döyüşlərinə çıxacaqlar.

57 kq
İlk üç rəqibini asanlıqla keçən legioner Giorgi Edişeraşvili Avropa çempionu olmaq üçün son dəfə döşək üzərinə çıxacaq. Onun rəqibi rusiyalı Zaur Uqiyev olacaq.

65 kq
3 qat dünya və 1 dəfə Avropa çempionu olmuş Hacı Əliyev növbəti dəfə qitənin ən güclüsü olmaq üçün özünü sınayacaq. O, son görüşündə Rusiya təmsilçisi İlyas Bekbulatovla qarşılaşacaq.

70 kq
Murtazali Müslimov üçüncülük üçün yarışacaq. Pəhləvanımızın rəqibi bu gün bəlli olacaq.

79 kq
İki dəfə Avropa çempionu olmuş Cəbrayıl Həsənov bu dəfə qitə birinciliyinin bürünc medallarına iddialıdı. Onun da rəqibi bu gün bilinəcək.

97 kq
IV İslam Həmrəyliyi Oyunlarının qalibi Nurmaqomed Qadjiyev Avropa birinciliyində “bürünc”ə iddialıdı. Təmsilçimizin rəqibi hələ ki məlum deyil.

Qeyd edək ki, geridə qalan 5 gündə Azərbaycan güləşçiləri 10 mükafata sahib çıxıblar. Onlardan Eldəniz Əzizli (55 kq) və Mariya Stadnik (50 kq) hamıdan güclü olub. Murad Məmmədov (60 kq), Rəsul Çunayev (72 kq) və Elis Manolas (65 kq) yalnız finalda uduzaraq gümüş medal alıbsa, Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), Alena Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq) və Səbirə Əliyeva (76 kq) “bürünc”ə yiyələnib. (Apasport)
Geri qayıt