Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin Avropa Kubokundakı rəqibləri bəlli olub
Azərbaycan millisinin Avropa Kubokundakı rəqibləri bəlli olub17-07-2025, 20:00 |
![]() Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Avropa Kubokundakı rəqibləri bəlli olub. BrendSport.az xəbər verir ki, komanda B qrupunda Fransa və Ukrayna yığmaları ilə qarşılaşacaq. Millinin qrupda ilk oyunu sentyabrın 5-də Bakı vaxtı ilə saat 13:55-də Fransa seçməsinə, ikinci oyunu isə 20:25-də Ukrayna yığmasına qarşı baş tutacaq. Qeyd edək ki, Avropa Kuboku 5–7 sentyabr aralığında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək. Geri qayıt |