Əsas Səhifə > Milli komandalar > Azərbaycanın basketbol millisi bu gün Çin yığması üz-üzə gələcək
Azərbaycanın basketbol millisi bu gün Çin yığması üz-üzə gələcəkDünən, 12:25 |
![]() Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində növbəti oyununa bu gün çıxacaq. BrendSport.az xəbər verir ki, yığma 1/4 finalda Çin seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 18:50-də start götürəcək. Azərbaycan millisi daha əvvəl turnirdə "Tsukuba" (Yaponiya) komandasını 21:10 hesabı ilə üstələyib. Yığma ardınca İsveçrə təmsilçisi "Lozanna"ya şans verməyib - 21:11. Komanda əsas mərhələnin C qrupunda Ukrayna (21:20) və Sinqapura (22:10) da qalib gəlib. Geri qayıt |