Əsas Səhifə > Milli komandalar > Dünya Qadın Seriyası: Azərbaycan basketbol millisi əsas mərhələyə vəsiqə qazanıb

Dünya Qadın Seriyası: Azərbaycan basketbol millisi əsas mərhələyə vəsiqə qazanıb


Dünən, 16:12


Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Dünya Qadın Seriyasının Buxarest mərhələsinə uğurla başlayıb.

BrendSport.az
xəbər verir ki, Raşa Deliçin başçılıq etdiyi yığma A qrupunda ilk olaraq Yaponiyanın “Sukuba” komandasına 21:10, ikinci oyunda isə İsveçrə təmsilçisi "Lozanna"ya 21:11 hesabı ilə qalib gəlib və əsas mərhələyə yüksəlib.

Komanda iyulun 12-də əsas mərhələnin C qrupunda Ukrayna və Sinqapur kollektivləri ilə qarşılaşacaq.
Geri qayıt