Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin qapıçısı "Sabah"dan ayrıldığını açıqlayıb
Azərbaycan millisinin qapıçısı "Sabah"dan ayrıldığını açıqlayıbDünən, 15:18 |
![]() Azərbaycan millisinin qapıçısı Yusif İmanov "Sabah" klubundan ayrılıb. BrendSport.az xəbər verir ki, qolkiper bu barədə şəxsi feysbuk hesabında məlumat paylaşıb. O, 16 yaşından Bakı təmsilçisinin bir parçası olmağa başladığını vurğulayıb: "O gündən bu vaxtadək “Sabah”ın formasını qürurla daşıdım. Bu illər ərzində bir çox oyunlarda iştirak etmək və bu ailənin üzvü olmaq mənim üçün böyük təcrübə və dəyərli mərhələ oldu. Lakin təəssüf ki, son 6 ayda klub daxilində mənə qarşı subyektiv yanaşma və ayrı-seçkilik halları, həmçinin uyğun şəraitin yaradılmaması karyerama, xüsusilə də millimizin gənc qapıçısı kimi inkişaf perspektivimə mənfi təsir göstərdi". İmanov bu qərarı almağın asan olmadığını diqqətə çatdırıb: "Vəziyyəti hərtərəfli dəyərləndirdikdən sonra, göstərilən münasibət və klubdan aldığım rəsmi cavabları nəzərə alaraq, mövcud müqaviləni birtərəfli qaydada pozmaq qərarına gəldim. Artıq 1 aya yaxındır ki, bu məsələ ilə bağlı rəsmi şəkildə yazışmalar aparılırdı və bütün hüquqi prosedurlar qanun çərçivəsində yerinə yetirildi. “Sabah”da keçirdiyim illərə görə təşəkkür edir, bütün məşqçilərə, komanda yoldaşlarıma və mənə dəstək olan azarkeşlərə minnətdarlığımı bildirirəm. Qarşıda isə yeni hədəflər, yeni meydanlar və daha güclü Yusif İmanov olacaq!" Geri qayıt |