Əsas Səhifə > Milli komandalar > Millətlər Liqası: Azərbaycan yığması Estoniyaya məğlub olub

Millətlər Liqası: Azərbaycan yığması Estoniyaya məğlub olub


11-10-2024, 22:00


UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Tallində üz-üzə gələn Estoniya və Azərbaycan yığmaları arasında oyun başa çatıb.

BrendSport.az
xəbər verir ki, “Lilleküla” stadionunda keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Estoniyanın heyətində qolları Yoan Yakovlyov, Vlasi Sinyavski və Rokko Şeyn vurublar. Azərbaycan millisində isə Toral Bayramov penaltidən fərqlənib.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 14-də doğma meydanda Slovakiya yığması ilə qarşılaşacaq.
Geri qayıt