Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisi Estoniya ilə oyun üçün səfərə yollanıb

Azərbaycan millisi Estoniya ilə oyun üçün səfərə yollanıb


9-10-2024, 15:35


UEFA Millətlər Liqasında Estoniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Tallin şəhərinə yola düşüb.

BrendSport.az
xəbər verir ki, yığmanı səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.

Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da matçın baş tutacağı "Lilleküla" stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Geri qayıt