Əsas Səhifə > Milli komandalar > Seçmə mərhələ: Çimərlik futbolu üzrə Azərbaycan millisindən növbəti darmadağın

Seçmə mərhələ: Çimərlik futbolu üzrə Azərbaycan millisindən növbəti darmadağın


5-10-2024, 16:57


Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniyanın Kadis şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

BrendSport.az
xəbər verir ki, A qrupunda mübarizə aparan yığma Gürcüstanla üz-üzə gəlib. Qarşılaşma Azərbaycan seçməsinin 7:2 hesablı qələbəsi ilə başa çatıb.

Sahib Məmmədovun rəhbərlik etdiyi kollektiv ilk turda İngiltərəni 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu oktyabrın 7-də İspaniyaya qarşı keçirəcək.
Geri qayıt