Əsas Səhifə > Milli komandalar > Millətlər Liqası: Azərbaycan yığması bu gün İsveçi qəbul edəcək

Millətlər Liqası: Azərbaycan yığması bu gün İsveçi qəbul edəcək


5-09-2024, 10:30


Azərbaycan yığması UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə bu gün ilk oyununa çıxacaq.

BrendSport.az
xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda Bakıda İsveçi qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Qarşılaşmanı Macarıstandan olan hakimlər briqadasının idarə edəcək.

5 sentyabr

Saat 20:00.Azərbaycan – İsveç

Baş hakim: Balaş Berkey (Macarıstan)

Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.
Geri qayıt