Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin baş məşqçisi: Güləşçilərimiz qələbəyə köklənib
Azərbaycan millisinin baş məşqçisi: Güləşçilərimiz qələbəyə köklənib30-07-2024, 17:22 |
Güləşçilərimiz qələbəyə köklənib. BrendSport.az xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləş üzrə millisinin baş məşqçisi Xetaq Qazyumov Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunları öncəsi son hazırlıq prosesi ilə bağlı danışarkən deyib. Təcrübəli mütəxəssis hazırlıqların plan üzrə getdiyini bildirib: "Hazırlıq prosesi plan üzrə gedir. Olimpiada üçün son təlim-məşq toplanışıdır. Güləşçilərimiz qələbəyə köklənib. Ümid edirəm ki, olimpiya oyunlarında ən yaxşı çıxışlarını nümayiş etdirəcəklər. Artıq bir həftə qalıb. Yoxlama görüşləri keçirəcəyik. İnanıram ki, toplanışı zədəsiz başa vuracağıq. Sonra olimpiada bayramı başlayacaq". Qeyd edək ki, Paris-2024-də güləş yarışları avqustun 5-də start götürcək. Yarışlar avqustun 11-də başa çatacaq. Geri qayıt |