Əsas Səhifə > Milli komandalar > Türkiyə klubu Niderland millisinin hücumçusu ilə anlaşıb

Türkiyə klubu Niderland millisinin hücumçusu ilə anlaşıb


30-07-2024, 13:00


Niderland millisinin və İngiltərənin "Bernli" klubunun futbolçusu Vaut Veqhorst karyerasını yenidən Türkiyədə davam etdirməyə yaxındır.

BrendSport.az
xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, Qara dəniz təmsilçisi 31 yaşlı hücumçu ilə anlaşıb. Transferin gerçəkləşməsi üçün klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Vaut Veqhorst 2022/2023 mövsümündə icarə əsasında Türkiyədə "Beşiktaş"ın formasını geyinib.
Geri qayıt