Əsas Səhifə > Milli komandalar > Azərbaycan basketbolçuları bu gün Avropa çempionatında Ermənistanla qarşılaşacaq

Azərbaycan basketbolçuları bu gün Avropa çempionatında Ermənistanla qarşılaşacaq


21-07-2024, 10:12


Azərbaycanın 20 yaşadək basketbolçu oğlanlardan ibarət millisi Avropa çempionatında bu gün növbəti matçına çıxacaq.

BrendSport.az
xəbər verir ki, ispaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda 19-cu yer uğrunda oyunda Ermənistanla qarşılaşacaq.

Rumıniyadakı "Piteşti Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, milli 17-20-ci yerlər uğrunda görüşdə İsveçrəyə 40:101 hesabı ilə uduzub.
Geri qayıt