Əsas Səhifə > Milli komandalar > Azərbaycanın futzal komandası Avropa Universitet Oyunlarına inamlı qələbə ilə başlayıb

Azərbaycanın futzal komandası Avropa Universitet Oyunlarına inamlı qələbə ilə başlayıb


11-07-2024, 19:08


Azərbaycan İdman Akademiyasının futzal komandası Macarıstanın Debretsen şəhərində tələbələr arasında keçirilən 5-ci Avropa Universitet Oyunlarında mübarizəyə başlayıb.

BrendSport.az
xəbər verir ki, kollektiv ilk matçında Macarıstan komandası ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb – 16:1.

Komandamız yarışda növbəti oyununu bu gün Almaniyadan olan tələbə futzalçılara qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, 5-ci Avropa Universitet Oyunlarına iyulun 18-də yekun vurulacaq.
Geri qayıt