Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin baş məşqçisi: Ermənistan üzərində qələbəni xalqımıza həsr edirik

Azərbaycan millisinin baş məşqçisi: Ermənistan üzərində qələbəni xalqımıza həsr edirik


9-07-2024, 17:39


“Oyuna çox yaxşı hazırlaşmışdıq. Rəqibin əsas oyunçularının qarşısını almağı bacardıq”.

BrendSport.az
xəbər verir ki, bu sözləri basketbol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evrən Alkaya Avropa çempionatının C divizionunun A qrupunda Ermənistanı 86:59 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Türkiyəli mütəxəssis komandasının müdafiədə aqressiv oynadığını bildirib: “Özümüzə çox inanırdıq. Düzdür, uzun atışlardan qoruna bilmədik. Lakin rəqibə də şans vermədik. Sürətli hücumlar və kritik atışlarla xallar qazandıq. Ümid edirəm ki, sonda turniri çempionluqla bitirəcəyik. Qələbəmizi Azərbaycan xalqına həsr edirik”.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu iyulun 10-da Gürcüstan seçməsinə qarşı keçirəcək.
Geri qayıt