Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin olimpiadada oyunlarının təqvimi bəlli olub

Azərbaycan millisinin olimpiadada oyunlarının təqvimi bəlli olub


17-06-2024, 14:47


Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında mübarizə aparacaq 3x3 basketbol üzrə Azərbaycan millisinin matçlarının təqvimi bəlli olub.

BrendSport.az
xəbər verir ki, yığma ilk qarşılaşmasında İspaniya kollektivi ilə üz-üzə gələcək.

30 iyul

23:00. İspaniya - AZƏRBAYCAN

31 iyul

23:30. ABŞ - Azərbaycan

1 avqust

14:30. AZƏRBAYCAN - Fransa

1 avqust

20:30. Almaniya - AZƏRBAYCAN

2 avqust

11:30. Avstraliya - AZƏRBAYCAN

2 avqust

19:30. Çin - AZƏRBAYCAN

3 avqust

19:30. Kanada - Azərbaycan

Reqlamentə əsasən, 8 komandanın yer aldığı qrupdan ilk iki sıranı tutan millilər yarımfinala vəsiqə əldə edəcəklər. 3-6-cı pilləni tutan yığmalar isə pley-off oyunlarında (3-6, 4-5) iştirak edərək, yarımfinala vəsiqə qazanmağa çalışacaqlar.
Geri qayıt