Əsas Səhifə > Milli komandalar > “Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib


15-06-2024, 20:00


Futbol üzrə Avropa çempionatında daha bir oyun keçirilib.

BrendSport.az
xəbər verir ki, A qrupunun ikinci matçında Macarıstan və İsveçrə komandaları üz-üzə gəlib. Görüş isveçrəlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İsveçrə seçməsinin heyətində qolları Kvadvo Duah, Mişel Aebişer və Bril Embolo vurublar. Macarıstanın yeganə topuna isə Bernabaş Varqa imza atıb.

Günün digər iki görüşü isə B qrupunda baş tutacaq. İspaniya Xorvatiya, İtaliya isə Albaniya ilə qarşılaşacaq. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da başlayacaq.

Qeyd edək ki, dünən turnirin açılış oyununda Almaniya Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.
Geri qayıt