Əsas Səhifə > Milli komandalar > Dünya Qadın Seriyası: Azərbaycan basketbol millisi Fransada mübarizəyə başlayır

Dünya Qadın Seriyası: Azərbaycan basketbol millisi Fransada mübarizəyə başlayır


14-06-2024, 11:15


Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Qadın Seriyasının “Klermon-Ferrand” mərhələsində mübarizəyə başlayacaq.

BrendSport.az
xəbər verir ki, yığma Fransada baş tutacaq yarışın D qrupunda Filippin və Niderland komandaları ilə üz-üzə gələcək. Hər iki görüş bu gün baş tutacaq.

Qeyd edək ki, Dünya Qadın Seriyasının dörd mərhələsindən sonra Azərbaycan 45 xalla 19-cu yerdə qərarlaşıb.
Geri qayıt