Əsas Səhifə > Milli komandalar > Millətlər Liqası: Türkiyə yığması Tailanda qalib gəlib

Millətlər Liqası: Türkiyə yığması Tailanda qalib gəlib


12-06-2024, 14:35


Qadın voleybolçular arasında Millətlər Liqasının oyunları davam edir.

BrendSport.az
xəbər verir ki, Türkiyə millisi Honkonqda Tailandla üz-üzə gəlib. Görüş “ay-ulduzlular”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda növbəti oyunlarda Dominikan Respublikası, Çin və Braziliya yığmaları ilə üz-üzə gələcək. Daniele Santarellinin başçılıq etdiyi komanda indiyədək çıxdığı 9 matçda 7 qələbə əldə edib.

Qeyd edək ki, Türkiyə millisi üç turdan sonra ilk “səkkizlik”də yer alacağı təqdirdə final mərhələsinə vəsiqə qazanacaq.
Geri qayıt