Əsas Səhifə > Milli komandalar > Yoldaşlıq oyunu: Azərbaycan və Qazaxıstan yığmalarının start heyəti məlum olub

Yoldaşlıq oyunu: Azərbaycan və Qazaxıstan yığmalarının start heyəti məlum olub


11-06-2024, 17:25


Bu gün beynəlxalq yoldaşlıq görüşündə üz-üzə gələcək Azərbaycan və Qazaxıstan yığmalarının start heyəti bəlli olub.

BrendSport.az
xəbər verir ki, komandalar meydanda aşağıdakı "11-liklər"lə çıxacaqlar:

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Amin Seydiyev, Bədavi Hüseynov, Anton Krivotsyuk , Aleksey İsayev, Elvin Camalov, Toral Bayramov, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev.

Qazaxıstan: Aleksandr Zarutski, Marat Bıstrov, Əlibəy Qasım, Aleksandr Maroçkin, Nuralı Alip, Yan Vorokovski, Ramazan Orazov, Ədalət Sadıbəyov, Asxat Tağıberqen, Abat Aymbetov, Maksim Samorodov.

Qeyd edək ki, Macarıstandakı “Haladaş" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Geri qayıt