Əsas Səhifə > Milli komandalar > Avropa Kuboku: Azərbaycan millisi təsnifat mərhələsində ardıcıl üçüncü qələbəsini qazanıb

Avropa Kuboku: Azərbaycan millisi təsnifat mərhələsində ardıcıl üçüncü qələbəsini qazanıb


8-06-2024, 20:28


Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti oyununa çıxıb.

BrendSport.az
xəbər verir ki, yığma üçüncü matçında Kipr seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:16 hesabı ilə üstələyərək B qrupunun lideri kimi pley-offa yüksəlib.

Qeyd edək ki, ilk görüşdə Ermənistan kollektivini məğlub edən (21:9) millimiz Kosovodan da güclü olub - 14:10
Geri qayıt