Əsas Səhifə > Milli komandalar > Azərbaycanın qadın basketbol millisi təsnifat mərhələsinə qələbə ilə başlayıb

Azərbaycanın qadın basketbol millisi təsnifat mərhələsinə qələbə ilə başlayıb


8-06-2024, 18:18


Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununa çıxıb.

BrendSport.az
xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə yığma Malta ilə qarşılaşıb. Görüş millimizin 17:14 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığma bu gün ikinci matçında Lüksemburqla üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:20-də başlayacaq.
Geri qayıt