Əsas Səhifə > Milli komandalar > Albaniya yığması Azərbaycanla oyuna tam heyətlə hazırlaşır

Albaniya yığması Azərbaycanla oyuna tam heyətlə hazırlaşır


6-06-2024, 14:30


Albaniya yığması Azərbaycan millisinə qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq oyununa tam heyətlə hazırlaşır.

BrendSport.az
xəbər verir ki, qarşılaşma öncəsi heyətdə heç bir itki yoxdur. Bütün futbolçuların ideal formada olduğu bildirilib.

Lixtenşteyn seçməsi ilə yoxlama matçında meydana çıxmayan oyunçular - Berat Gimşiti,Taulant Seferi, Amir Abraşi, Yilber Ramadani və Simon Simoni də görüşə tam hazırdırlar.

Qeyd edək ki, iyunun 7-də Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş" İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Geri qayıt