Əsas Səhifə > Milli komandalar > Avropa çempionatı: Azərbaycanın minifutbol millisi 1/4 finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi 1/4 finala yüksəlib


5-06-2024, 20:59


Bosniya və Herseqovinada keçirilən minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə start verilib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan millisinin pley-off mərhələsindəki rəqibi Bolqarıstan yığması olub.

Oyuna yaxşı başlayan komandamız erkən qol vurub. Ramiz Çovdarov cərimə zərbəsindən fərqlənib. Ancaq birinci hissədə rəqib hesabı bərabərləşdirməyi bacarıb - 1:1. İkinci hissə isə millimizin üstünlüyü şəraitində keçib. Əvvəlcə Təmkin Xəlilzadə, daha sonra isə Rəvan Kərimovun qolları ilə yığmamız 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi 1/4 finalda Qazaxıstan seçməsi ilə qarşılaşacaq.
Geri qayıt