Əsas Səhifə > Milli komandalar > Avropa çempionatı: Azərbaycan millisi Fransanı məğlub edib

Avropa çempionatı: Azərbaycan millisi Fransanı məğlub edib


4-06-2024, 20:56


Azərbaycan minifutbol millisi Bosniya və Herseqovinada təşkil olunan Avropa çempionatının qrup mərhələsində son oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, yığma F qrupunda Fransa ilə qarşılaşıb. Görüş Elşad Quliyevin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yer aldığı qrupda maksimum nəticə göstərən milli turnir cədvəlini 9 xalla birinci sırada tamamlayıb. Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi olacaq Bolqarıstan və ya Serbiya yığmalarından biri ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.
Geri qayıt