Əsas Səhifə > Milli komandalar > Türkiyə millisinin hücumçusu Avropa çempionatını buraxacaq

Türkiyə millisinin hücumçusu Avropa çempionatını buraxacaq


1-06-2024, 13:10


Türkiyə millisinin üzvü Enes Ünal Avropa çempionatını buraxacaq.

BrendSport.az
xəbər verir ki, 27 yaşlı hücumçu məşq zamanı zədələndiyi üçün heyətdən çıxarılıb. O, Almaniyada keçiriləcək turnirdə komandasına kömək edə bilməyəcək.

Daha əvvəl “Fənərbağça”nın müdafiəçisi Çağlar Söyüncü eyni səbəbdən heyətdən çıxarılmışdı.

Qeyd edək ki, Türkiyə millisi Portuqaliya, Çexiya və Gürcüstanla birlikdə F qrupunda mübarizə aparacaq.
Geri qayıt