Əsas Səhifə > Milli komandalar > Millimiz yenə məğlub oldu

Millimiz yenə məğlub oldu


13-04-2018, 22:12


17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinada təşkil olunan UEFA İnkişaf turnirində ikinci qarşılaşmasına çıxıb.

Ramil Quliyevin yetirmələri Xorvatiya millisi ilə üz-üzə gəlib. Matç komandamız üçün uğursuz alınıb. Yığmamız 0:1 hesabı ilə uduzub. Futbolçularımız son matçına aprelin 15-də çıxacaqlar. Həmin gün rəqibimiz ev sahibləri olacaq.

Qeyd edək ki, yığmamız ilk turda Makedoniyaya 0:2 hesabı ilə məğlub olub.
Geri qayıt